Lənkəran Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Lerik rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər xəstəxananın Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Cenublu.az xəbər verir ki, xəsarət alanlar Lerik rayon sakinləridir. Onlar 1985-ci il təvəllüdlü Hakim Mirzəyev, 2006-cı il təvəllüdlü Kənan Salmanov, 2000-ci il təvəllüdlü Mehman Babazadə, 1998-ci il təvəllüdlü Sərxan Ağazadə, 1998-ci il təvəllüdlü Səma Ağazadə, 1965-ci il təvəllüdlü Fərhad Səlimov və avtomobilin sürücüsü — 1990-cı il təvəllüdlü Pərvaz Məmmədovdur.
Məlumata əsasən, xəsarət alanların hər birinə zəruri ilkin tibbi yardım göstərilib, hazırda onların müalicəsi xəstəxananın müvafiq şöbələrində davam etdirilir.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Lənkəran–Lerik magistral yolunun 53-cü kilometrliyində qeydə alınıb.
11:54
Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza zamanı nəqliyyat vasitəsində olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlardan 6 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin məlumata görə, onlar Bakı şəhərindən Lerik rayonuna gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.