Salyanda avtomobilin maneəyə çırpılması nəticəsində dörd nəfər xəsarət alıb.
Report.аz xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun "PMK-9" deyilən ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində Salyan rayon sakinləri, 1979-cu il təvəllüdlü Aynurə Əhmədova, 1988-ci il təvəllüdlü Günel Əzizova, 1991-ci il təvəllüdlü Heybət Allahverdiyev və Bakı sakini, 2002-ci il təvəllüdlü Əhməd Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.