Cəlilabad rayonunda motosiklet təcili tibbi yardım avtomobili ilə toqquşub.
Cenublu.az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Hərəkətdə olan motosiklet təcili tibbi yardım maşınına çırpılıb. Qəza nəticəsində iki nəfər – Şamil Abdalov və Şəmistan Musayev xəsarət alıb. Yaralılar rayon xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.