Lənkəran şəhərinin mərkəzində, Hənifə Abdullayev küçəsində yerləşən binaların həyətində yağışlı havalarda ciddi problem yaranır. Sakinlərin Cenublu.az-a bildirdiyinə görə, yağış yağar-yağmaz blokların qarşısı su ilə dolur, həyətə çıxmaq isə, demək olar ki, mümkünsüz olur.
Valideynlər bəzən azyaşlı uşaqları qucaqlarına alıb sudan keçməyə məcbur qalırlar. Həyətə giriş yolu da yararsız vəziyyətdə olduğundan, avtomobillər tez-tez sıradan çıxır və bu, sakinlərin əlavə xərcinə səbəb olur.
Sakinlər deyirlər ki, 5 binanın istifadə etdiyi bu yol uzun müddətdir baxımsız qalıb və problem daha da ağırlaşıb. Onlar aidiyyəti qurumlardan yolun təmir edilməsini və su yığılmasının qarşısının alınmasını tələb edirlər.