Lənkəran şəhərində, port ərazisində yerləşən dəmir yolu keçidi yenilənməsinə baxmayaraq, hazırda sürücülər üçün ciddi çətinlik yaradır.
Şikayətçilərin Cenublu.az-a verdiyi məlumata görə, yolun səthi bərbad vəziyyətdədir və bu səbəbdən avtomobillər ciddi texniki ziyan görür. Əraziyə yaxın müəssisələrə və porta gedən sürücülər bu yoldan istifadə etməyə məcbur qalırlar.
Sakinlər və sürücülər aidiyyəti qurumlardan problemin yerində araşdırılaraq aradan qaldırılmasını, yolun normal vəziyyətə salınmasını xahiş edirlər.