Yanvarın 5-i Salyanda baş vermiş ağır qəzada həlak olan 3 nəfərin fotoları yayılıb.
Cenublu.az həlak olan sürücü 32 yaşlı Coşqun Məmmədov, sərnişinləri - 60 yaşlı Vüqar İmanov və onun 36 yaşlı oğlu Tərlanın fotosunu təqdim edir.
Qeyd edək ki, taksi fəaliyyəti ilə məşğul olan Sabirabad rayonunun Muğangəncəli kənd sakini Coşqun Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobil eynimarkalı digər maşınla toqquşub.
Bildirilib ki, Coşqun Məmmədov Moskvada yaşayan və Yeni il münasibətilə kəndə gəlmiş Vüqar İmanovu geridönüş üçün Bakı aeroportuna aparırmış. Həmin vaxt Vüqarın oğlu Tərlan İmanov da onları müşayiət edirmiş.
Tərlan İmanov Sabirabadın Çiçəkli kənd orta məktəbində müəllim işləyirmiş.