Mayın 6-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Cenublu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.
Düşən yağıntının miqdarı Cəlilabad, Lerik, Yardımlı, Lənkəran, Astara və Biləsuvarda 3-9 mm olub.
Dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin 7-si gündüzdən tədricən kəsiləcəyi, 8-i əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.