Sabirabad sakini 87 yaşlı anasını güllələyərək yaralayıb, daha sonra özünü öldürüb
Apa.аz xəbər verir ki, hadisə Sabirabad rayonunun Nizami kəndində baş verib.
Həmin kəndin sakini, 55 yaşlı Malik İsayev anası, Nizami kənd sakini, 87 yaşlı Səbiyyə Hüseynovaya arxadan ov tüfəngi ilə atəş açaraq yaralayıb. Daha sonra özünü güllələyərək öldürüb.
S.Hüseynova Şirvan xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.