Cəlilabad rayonunun Mikayıllı kəndində yolların bərbad vəziyyəti sakinlərin gündəlik həyatını çətinləşdirir.
Sakinlərin Cenublu.az-a verdiyi məlumata görə, yay aylarında toz, qışda isə palçıq və qar səbəbindən kəndə gediş-gəliş çətinləşir.
3000 nəfərə yaxın əhalisi olan kənddə yollar uzun illərdir təmir olunmur. Sakinlər deyirlər ki, bu şəraitdə yaşamaq getdikcə çətinləşdiyi üçün bir çox ailələr kəndi tərk etmək məcburiyyətində qalır.
Şikayətçilər aidiyyəti qurumlardan problemin həlli üçün təcili tədbir görülməsini istəyirlər.
View this post on Instagram