Masallıda minik avtomobili mikroavtobusla toqquşub.
Cenublu.az-ın verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi Masallı rayonunun Təzə Alvadı kəndində baş verib.
Hərəkətdə olan "Ford Transit" markalı mikroavtobusla "Kia" markalı minik avtomobili toqquşub. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar hadisə yerinə çağırılan Təcili Tibbi Yardım avtomobili ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.