Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Cenublu.az xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Ərkivan qəsəbə sakini, 35 yaşlı Şədulla Vəliyevin idarə etdiyi "KİA Optima" markalı minik avtomobili "Kamaz" markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər, Ərkivan qəsəbə sakinləri - 59 yaşlı Sevda Hüseynova, 49 yaşlı Aslan Hüseynov və 50 yaşlı Şəhla Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Həkimlərin səylərinə baxmayaraq Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların müalicələri müvafiq şöbədə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.