Lerik rayonunda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi açıqlanıb.
Cenublu.az xəbər verir ki, qəzada xəsarət alanlar Lənkəran rayonunun Velədi kənd sakini, 67 yaşlı Elman Qasımov və 59 yaşlı Zakirə Bəşirovadır.
68 yaşlı R.Qasımova isə hadisə zamanı dünyasını dəyişib.
12:07
Lerik rayonun Zenoni kəndi istiqamətində qeydə alınan avtomobil qəzası ilə bağlı bəzi detallar məlum olub.
Cenublu.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, aprelin 24-də saat 08:00 radələrində E.Qasımov idarə etdiyi "Ford" markalı avtomobillə idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobildə olan sərnişin 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb.
Araşdırma aparılır.
11:30
Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə Zenoni kəndi istiqamətində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb. Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.