Lerik şəhərində yerləşən Valeh Müslümov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin hasarı artıq bir ildir ki, uçub.
Cenublu.az xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, təhlükəli vəziyyət yaransa da, ötən müddət ərzində heç bir təmir işləri aparılmayıb.
Valideynlər və ətraf ərazidə yaşayanlar məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini bildirirlər.
Qeyd edək ki, məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə cenublu.az tərəfindən sorğu ünvanlanıb.