Lənkəran şəhəri, Əliağa Vahid küçəsi, 30 ünvanında evləri su basıb.
Cenublu.az-a müraciət edən vətəndaşlar bildiriblər ki, çayın daşmasına görə şəhərin mərkəzində yerləşən yaşayış binalararının həyətləri su altında qalır.
“21-ci əsrdə, bu boyda şəhərin mərkəzində belə halların baş verməsi sadəcə məyusedicidir… Özbaşına, qeyri-qanuni olaraq çayın ətrafına çəpərlər çəkilib, xəndəkləri təmizləmək mümkün deyil. Vəziyyət həddən artıq bərbaddır.
Məsul qurumlardan tədbir görmələrini tələb edirik”.