Lənkəran şəhərinin mərkəzi zibil tullantılarının "işğalı"na məruz qalıb.
Məsələ ilə bağlı şəhər sakinləri Cenublu.az-a müraciət ediblər. Onların sözlərinə görə, şəhərin Qala xiyabanı adlandırılan ərazisində küçələrə səpələnmiş tullantılar acınacaqlı görüntü yaradır.
“Sözügedən ərazidə zibillər xeyli müddətdir ki, yığışdırılmır. Aidiyyəti qurumlardan xahiş edirik, məsələni öz nəzarətlərinə götürsünlər. Zibil qutularının sayını artırsınlar və tullantıları vaxtı-vaxtında yığışdırsınlar”, – deyə onlar bildirib.