Lənkəran şəhərinin Əliağa Vahid küçəsində yaşayan sakinlər kanalizasiya xəttinin olmamasından şikayət edirlər.
Cenublu.az -a daxil olan məlumata görə, yağışlı günlərdə küçədə su toplanır və sakinlərin hərəkəti mümkünsüz hala düşür.
Onlar aidiyyəti qurumlardan küçədə kanalizasiya xəttinin çəkilməsini və problemin aradan qaldırılmasını xahiş edirlər.