Lənkəran rayonunun Digah kəndində yol problemi uzun müddətdir həll olunmur.
Cenublu.az-a sakinlər tərəfindən verilən məlumata görə, kənddə inşaat mağazasının arxasında yerləşən məhəllənin yolları illərdir bərbad vəziyyətdədir.
Onların sözlərinə görə, dəfələrlə müraciət edilsə də, problem hələ də aradan qaldırılmayıb.
Kənd sakinləri aidiyyəti qurumlardan yolların təmir olunmasını xahiş edirlər.