Lənkəran şəhərinin Nizami küçəsinin 1-ci döngəsində – yerli sakinlərin “Xəstəxana yolu” adlandırdığı ərazidə yol bərbad vəziyyətdədir.
Cenublu.az xəbər verir ki, yol boyu iri gölməçələr və çalalar nəqliyyatın hərəkətini çətinləşdirir, piyadalar üçün isə keçidi təhlükəli edir.
Sakinlər bildirirlər ki, xüsusilə yağışlı havalarda vəziyyət dözülməz olur və aidiyyəti qurumlardan yolun təmirini tələb edirlər.