Lənkəranda 4 nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən qəza baş verib.
Cenublu.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "VAZ-21015" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı avtomobillə toqquşub. "Mercedes" yol kənarındakı hasara çırpılıb və hasarı dağıdıb. "VAZ-21015” yol kənarında dayanan "VAZ-2107" markalı avtomobilə, sonuncu isə qarşıdakı "Nissan" markalı avtomobilə çırpılıb.
Qəza zamanı iki nəfər, 34 yaşlı Əkbər Əlizadə və 43 yaşlı Xəyalə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Hər iki yaralıya ilkin tibbi yardım göstərilib. Vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, qəza nəticəsində avtomobillərə də ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
View this post on Instagram