Lənkəranda baş verən qəzada xəsarət alanların vəziyyəti kafi qiymətləndirilir.
Bu barədə Cenublu.az-a Lənkəran rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib. Onun sözlərinə görə, bu gün saat 10:30 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu Girdəni kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (1-i kişi, 1-i qadın cinsli olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Onlara zəruri tibbi xidmət göstərilib. Hazırda müalicələri təcili yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri kafi olaraq qiymətləndirilir.
***
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə zamanı xəsarət alanlar var.
Hadisə yeni Ələt-Astara magistralının 166-cı km-də Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Fiat Doblo" markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan 1997-ci il təvəllüdlü Xəyyam Balayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində "Fiat Doblo" markalı nəqliyyat vasitəsində olan Astara rayonunun Maşxan kənd sakinləri - 1980-cı il təvəllüdlü Şölə Kamil qızı Novruzova və onun həyat yoldaşı 1971-ci il təvəllüdlü İltiqam Əliağa oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Xəsarət alanlara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.