Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə şəhərin “Kiçik Bazar” ərazisində, dənizkənarı hissədə qeydə alınıb. Lənkəran rayon sakini, 1973-cü il təvəllüdlü Elçin Ağayev idarə etdiyi “Land Rover Discovery” markalı avtomobillə hərəkətdə olarkən “Kia” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Elçin Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, xəsarət alan Elçin Ağayev Lənkəranda tanınmış vəkildir, həmçinin müğənni Cavad Rəcəbovun yeznəsidir.
Faktla bağlı araşdırma aparılır.