Lənkəran şəhərinin 20 Yanvar küçəsində, 9 saylı uşaq bağçasına gedən yolda yerləşən su borusunda uzun müddətdir sızma müşahidə olunur.
Sakinlərin Cenublu.az-a verdiyi məlumata görə, yerin səthində yerləşən bu su borusunda baş verən nasazlıq nəticəsində su daima ətrafa axır. Uzun müddətdir müşahidə olunan bu vəziyyət həm piyadalar, həm də ətraf mühit üçün narahatlıq yaradır.
Vətəndaşlar aidiyyəti qurumlardan problemin tezliklə aradan qaldırılmasını xahiş edirlər.