Lənkəranda baş verən qəzada sürücülər xəsarət alıb.
Cenublu.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Separadi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Volkswagen Passt" markalı minik avtomobili "Opel" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində "Opel" idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəzada hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.