Lənkəranda yol-nəqliyyat hadisəsi nəticəsində velosipedçi dünyasını dəyişib.
Cenublu.az xəbər verir ki, hadisə bu gün saat 08:00 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb. “20 km” marşrut xətti üzrə hərəkət edən avtobus Lənkəran rayonunun Şilim kənd sakini, 56 yaşlı İsa Umud oğlu Babayevi vurub.
Velosipedçi ağır xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırılıb. Həkimlər ona koma və kəllədaxili travma diaqnozu qoyublar. Yaralı reanimasiya şöbəsinə yerləşdirilsə də, göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.