Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az-ın məlumatına görə, hadisə Zərifə Əliyeva küçəsində, Mədəniyyət evinin qarşısında qeydə alınıb.
Belə ki, "VAZ-21014" markalı avtomobil "VAZ-21099" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.