Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Cenublu.az xəbər verir ki, qəza nəticəsində 23 yaşlı Dəyanət Balayev, 26 yaşlı Məhərrəm Fərzullayev, 20 yaşlı İbadət Məmmədov, 18 yaşlı Mehman Məmmədzadə və 18 yaşlı Murad Babazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
17:25
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə Kərgəlan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21015" markalı avtomobil "VAZ-2106" markalı digər avtomobillə toqquşub. Hadisə yerinə dərhal 3 təcili yardım avtomobili və həkim briqadası cəlb olunub.
Qəza nəticəsində xəsarət alan 5 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib. Yaralılara ilkin tibbi yardım göstərilib, müalicələri hazırda müvafiq şöbədə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.