Lənkəran şəhər 10 nömrəli məktəbin yaxınlığındakı yolların acınacaqlı vəziyyəti valideynlərin və sakinlərin narahatlığına səbəb olub.
Cenublu.az xəbər verir ki, uşaqların məktəbə gedib-gəlməsi, eləcə də sakinlərin yoldan istifadəsi çətinləşir. Çuxurlarla dolu, palçıq içində olan yollar xüsusilə yağışlı havalarda keçilməz hala düşür.
Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həll olunmayıb.
View this post on Instagram