Lənkəran şəhərinin Hacı Zeynalabdin Tağıyev küçəsinin yolları uzun müddət bərbad vəziyyətdə olub.
Belə ki, Səttərxan küçəsi ilə kəsişmədən Kiçik Bazar məscidi istiqamətinə gedən hissə keçilməz hala düşmüşdü. Sakinlər bildirirdilər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət ediblər.
Cenublu.az xəbər verir ki, hazırda həmin küçənin təmirinə başlanılıb.