Lənkəran rayonunun Sütəmurdov kəndində, “Köhnə qorodok” kimi tanınan ərazidə yaşayan sakinlər hələ də yolsuzluqdan əziyyət çəkirlər.
Cenublu.az-a müraciət edən sakinlər bildirirlər ki, bu problem barədə 2 il əvvəl də redaksiyamıza şikayət edilib və məsələ gündəmə gətirilib, lakin indiyə qədər heç bir iş görülməyib:
“İllərdir yolumuz bərbad vəziyyətdədir. Hər dəfə müxtəlif dövlət strukturlarına müraciət edirik, amma nəticə yoxdur. Payız-qışda bu yerlərdən palçıqdan keçmək mümkün olmur.”
Sakinlər aidiyyəti qurumlara səslənərək, yolun təmirini artıq daha da gecikdirməməyi və problemi birdəfəlik həll etməyi tələb edirlər.