Lənkəran şəhərinin “Raypo” adlanan ərazisində yaşayan bina sakinləri yol probleminin illərdir həll olunmamasından şikayət edirlər.
Cenublu.az xəbər verir ki, sakinlər xüsusən qış aylarında çətinliklə üzləşdiklərini bildirirlər. Yağışlı havalarda yolların palçığa qərq olması avtomobillərin hərəkətini çətinləşdirir, piyadaların isə gediş-gəlişi mümkünsüz hala düşür.
Onların sözlərinə görə, yolun asfaltlanması həm nəqliyyat, həm də gündəlik həyat üçün böyük rahatlıq yaradardı.
Sakinlər aidiyyəti qurumlardan məsələyə diqqət yetirilməsini və problemin aradan qaldırılmasını xahiş edirlər.