Lənkəranda yüksək gərginlikli elektrik dirəyi avtomobilin üstünə aşıb.
Cenublu.az-ın verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Vilvan-Osaküçə kənd yolunda qeydə alınıb. Lənkəran rayonunun Vilvan kənd sakini 2004-cü il təvəllüdlü İbadət Südef oğlu Məmmədov Osaküçə kəndi istiqamətində avtomobildə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq yol kənarındakı yüksək gərginlikli elektrik dirəyinə çırpılıb. Bu zaman dirək və ona bitişik dayaq aşaraq avtomobilin üzərinə düşüb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.