Bu gün saat 14:55 radələrində Lənkəran şəhərində baş vermiş piyada vurma hadisəsi nəticəsində 1 nəfər (qadın cinsli) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən Cenublu.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.
16:04
Lənkəranda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə günorta saatlarında Lənkəran şəhəri ərazisində baş verib. Hərəkətdə olan nəqliyyat vasitəsi rayon sakini, 8 yaşlı R.Ş vurub.
Azyaşlı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Yaralılya zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicəsi müvafiq şöbədə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.