Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə Lənkəran-Masallı-Boradigah magistral yolunun Girdəni kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili avtobusdan düşərək yolu keçmək istəyən kənd sakini, 57 yaşlı Ruhəngiz Babayevanı vurub. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Xidməti ağır xəsarət alan qadını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsa da, o, yolda həyatını itirib.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.