Lənkəranda 3-ü yeniyetmə olmaqla ümumilikdə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində 5 nəfər rayonun Havzava kənd sakinləri: 49 yaşlı Kəsirə Xudaverdiyeva, 41 yaşlı Kərim Əliyev, 15 yaşlı A.Xudaverdiyev, 14 yaşlı K.Kərimli və 13 yaşlı A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Xəsarət alanlardan K.Xudaverdiyeva və K.Əliyev vəziyyətlərinə uyğun olaraq cərrahiyyə şöbəsinə yerləşdirilib. Digərlərinin müalicələri təcili yardım şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.