Lənkəranın şəhər tipli İstisu qəsəbəsində əsas yol uzun illərdir baxımsız vəziyyətdə qalır.
Sakinlərin Cenublu.az-a verdikləri məlumata görə, qəsəbəyə gedən yolda asfalt örtüyü yoxdur və yağışlı havalarda avtomobillə hərəkət etmək demək olar ki, mümkün deyil. Uzun müddətdir təmir olunmayan yol gündəlik gediş-gəlişdə ciddi çətinliklər yaradır.
“Yağış yağanda maşınla buradan keçmək böyük əziyyətə çevrilir. Müvafiq orqanlara dəfələrlə müraciət etsək də, hələ ki, bir nəticə yoxdur,” – deyə yerli sakinlərdən biri bildirib.
Qeyd edək ki, sözügedən yol rayonu şəhərlə birləşdirən əsas nəqliyyat xəttidir və qəsəbə əhalisinin gündəlik həyatına birbaşa təsir göstərir.
View this post on Instagram