Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir.
Cenublu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, mərkəzi imtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesi 5 iyun saat 15:00-dan etibarən başlayır və 20 iyun tarixinə qədər davam edəcək.
Qəbul prosesi aparılan Cənub rayonları üzrə təhsil müəssisələri ilə aşağıda tanış ola bilərsiniz:
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı tarixlərdə həyata keçiriləcək:
25 iyun 2025-ci il - 7 və 8-ci siniflərə qəbul;
26 iyun 2025-ci il - 6-cı siniflərə qəbul;
27 iyun 2025-ci il - 5-ci siniflərə qəbul.