Cəlilabadda 4 nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən qəza baş verib.
Cenublu.az xəbər verir ki, hadisə Ələt-Astara magistralında, Qarazəncir kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü anidən əyləc sistemini basıb. Bu zaman arxadan "Qazel" markalı nəqliyyat vasitəsi "Chevrolet Cruze"ə çırpılıb. Bunun ardınca "VAZ-2107" markalı maşın "Qazel"lə toqquşub. "Qazel" də əks istiqamətdə hərəkətdə olan traktorun qoşqusuna çırpılıb. Qəzada xəsarət alan olmayıb. Lakin nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
View this post on Instagram