Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Cenublu.az xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili ilə "VAZ-21099" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində, aralarında azyaşlıların da olduğu 6 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.