Bakının Yasamal rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə Moskva prospektində qeydə alınıb. Bakı şəhər sakini Hikmət Mədətli idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçmək istəyən 41 yaşlı Cəlilabad rayon sakini Artur Quliyevi vurub.
Hadisə nəticəsində piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə vəfat edib.
Faktla bağlı araşdırma aparılır.