Biləsuvar rayonu, Bəydili kəndinin şəhid Aydın Quluyev küçəsi qəzalı vəziyyətdədir.
Cenublu.az-a daxil olan məlumata görə, “qışda palçıq, yayda da tozun əlindən yol yerimək olmur”:
“Küçədə asfalt örtüyü yoxdur. Yağışlı havada ərazidə iri gölməçələr əmələ gəlir. Palçıqlı yollar məktəblilərin dərsə gedib-gəlməsində də çətinlik yaradır”.
Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, lakin problem həllini hələ də tapmayıb.