Biləsuvarda nəqliyyat vasitəsi aşıb, nəticədə azyaşlı xəsarət alıb.
Cenublu.az xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun 118-ci kilometrliyində qeydə alınıb. KIA markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və maşın aşıb.
Qəza nəticəsində avtomobildə sərnişin olan azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.