Biləsuvarda bu gün saat 15:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alanlardan iki kişi, bir qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Report.аz xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
17:03
Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının 186-cı kilometrliyində qeydə alınıb.
Hərəkətdə olan "Ford" markalı yük avtomobili "Opel" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onlardan ikisinin vəziyyətinin xüsusilə ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.