Biləsuvarda kanalizasiya suyu şəhərin müxtəlif ərazilərində gölməçələr yaradıb.
Bu barədə Cenublu.az-a sakinlər tərəfindən məlumat daxil olub.
Onların sözlərinə görə, şəhərə dolan kanalizasiya suları dözülməz üfunət iyi yaradıb.
Kanalizasiya xətlərindəki texniki qüsurlar, boruların ayrılması, tıxanmalar və suların küçələrə axması Biləsuvar sakinləri üçün ciddi narahatlığa səbəb olub. Şəhərin müxtəlif ərazilərində torpaq çöküb və kanalizasiya suyu ətrafa “fontan” vurur.
2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində “Təmir-Tikinti” MMC tərəfindən icra olunan layihədə ciddi keyfiyyət pozuntuları və nəzarətsizlik halları hazırda şəhər sakinlərini bu problemlə baş-başa qoyub.
Yol örtüyü də qazıntılardan sonra lazımi şəkildə bərpa edilməyib, bu isə nəqliyyat üçün təhlükəli şərait yaradır.
Sakinlər problemin aidiyyəti qurumlar tərəfindən həll olunacağı günü səbirsizliklə gözlədiklərini vurğulayıblar.