Biləsuvar-Bəhrəmtəpə yolunda baş verən ağır yol qəzasında “VAZ 2107” markalı avtomobilin sürücüsü, Cəlilabad rayonunun Sabirabad kənd sakini, 39 yaşlı Mahir Abışov həyatını itirib.
Cenublu.az xəbər verir ki, o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
14:50
Biləsuvar–Bəhrəmtəpə yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə Arazbari kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ 2107" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində ölən və yaralananlar var.
Faktla bağlı araşdırma aparılır.