Astara rayonunda intensiv yağışlar yolda sürüşmə və çökmələrə səbəb olub.
Cenublu.az xəbər verir ki, son günlər intensiv yağışlardan sonra rayonun ucqar dağ kənd yollarında çökmələr və uçqunlar baş verib. Uçqun və çökmələr, əsasən, Pensər – Toradi avtomobil yolunda, rayonun Hamuşam kənd ərazi vahidliyinə daxil olan kəndlərdə müşahidə olunur.
Qaya parçaları qoparaq yolun hərəkət hissəsinə tökülüb. Sürücülər deyir ki, uçqunlar yolda avtomobillərin hərəkəti üçün problemlər və təhlükələr yaradır. Kənd sakinlərinin sözlərinə görə, yolda tez-tez belə halların baş verməsinə baxmayaraq, problem qısa müddətdə öz həllini tapır.
Qeyd edək ki, sinoptiklər havanın hələ bir neçə gün də yağıntılı olacağını proqnozlaşdırırlar.