Astara rayonunda yol-nəqliyyat hadisəsi olub.
Cenublu.az xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil "VAZ"a çırpılıb. Xoşbəxtlikdən qəza zamanı insan tələfatı olmayıb.