top
Masallının ilk tibb elmləri doktorunun ad günüdür
28 aprel 2025, 01:15
- +

Masallının ilk tibb elmləri doktorunun ad günüdür

Əvəz Abdulhəsən oğlu Cəbiyev 28 aprel 1922-ci ildə Ərkivan kəndinin (indi qəsəbədir) Cəbili məhəlləsində anadan olub. O, Masallının ilk tibb elmləri doktoru, Ərkivan kəndinin isə ilk alimi olub.

Əvəz Cəbiyev ilk təhsilini Ərkivan kənd orta məktəbində alıb. O, 1940-1943-cü illərdə Masallı şəhər 2 nömrəli natamam orta məktəbində fizika, riyaziyyat və kimya fənləri üzrə dərs deyib. Cəbiyev 1943-1944-cü illərdə Masallı rayon Maliyyə Şöbəsi üzrə Dövlət Sığorta İnspeksiyasında çalışıb. O, 1948-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1948-ci ilin mart ayında təhsilini institutun infeksiya xəstəlikləri kafedrasında davam etdirib.

Cəbiyev 1951-1952-ci illərdə Bakı şəhər 3 saylı tibb məktəbində, 1952-1956-cı illərdə N.A.Semaşko adına xəstəxanada işləyib. Əvəz Cəbiyev 1952-ci ildə Sankt-Peterburqda, 1968-ci ildə isə Moskvada ixtisasartırma kursları keçib. O, 1956-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun birinci müalicə kafedrasına assistent, 1963-cü ilin martında dosent, 1969-cu ilin iyununda professor seçilib və ömrünün sonunadək orada işləyib.

Deyilənə görə, Əvəz Cəbiyev mühəndis olmaq istəyib. Lakin alim və həkim Mirkazım Aslanlı Sarəng onu həkim olmağa ruhlandırıb.

Əvəz Cəbiyev 1954-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Endemik səpkili yatalaq xəstəliyində karbohidratlar mübadiləsi” mövzusunda dissertasiya müdafiə edib. Bu, onun ilk elmi uğuru olub. 1968-ci ilin mayında isə alim “Azərbaycanın müxtəlif əhali qrupları arasında ürəyin işemik xəstəliyinin epidemiologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1973-cü ilədək Əvəz Cəbiyevin 54 elmi əsəri ölkə mətbuatında dərc olunub. O, xarici ölkələrdə keçirilən konfrans və konqreslərdə, simpozium və müşavirələrdə mühazirələr oxuyub, məruzələrlə çıxış edib.
Əvəz Cəbiyev 1974-cü ildə 52 yaşında Bakı şəhərində dünyasını dəyişib və Ərkivanda, Cəbili qəbiristanlığında dəfn olunub.

1991-ci ildə Masallı Rayon Mərkəzi Xəstəxanasına Cəbiyevin adı verilib. Lakin hazırda həmin xəstəxanada onun adını daşıması barədə lövhə yoxdur.

Son xəbərlər

İdman
Bu gün, 17:30

"Qazandığımı investisiya etmişəm, amma bunu hansı sahəyə yatırdığımı deməyəcəyəm" - Cəbrayıl Həsənov

Bütün xəbərlər
Bu gün, 16:41

İmişlidə qəza: 4 nəfər xəsarət alıb

Bütün xəbərlər
Bu gün, 15:45

Neftçalada qəza: Azyaşlı ölüb

Bütün xəbərlər
Bu gün, 14:36

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Bütün xəbərlər
Bu gün, 12:37

Bazar gününün hava proqnozu açıqlanıb

Bütün xəbərlər
Bu gün, 11:31

BDYPİ sürcülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Bu gün, 10:30

Lənkəranda təhlükə: Sahibsiz itlər sakinlərə hücum edir

Bütün xəbərlər
Bu gün, 09:23

Bıçaqladığını boynuna aldı, sonra psixi problemi olduğunu dedi — Lənkəranda quldurluq

Bütün xəbərlər
Dünən, 16:43

Salto vurmaqda ittiham edib döydü – Cəlilabadda hadisə

Bütün xəbərlər
Dünən, 15:45

Bir ildə erkən evliliyə cəhdlə bağlı 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Bütün xəbərlər
Dünən, 14:39

Sabah şaxta olacaq - PROQNOZ

Sizi maraqlandıran
Dünən, 13:45

Təhsil tələbə kreditindən yararlanmaq istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 12:27

XTQ-nin 19 yaşlı qəhrəman şəhidi

Sizi maraqlandıran
Dünən, 11:28

Boradigahda keçilməz küçə - Yağış suları həyətləri basır

Bütün xəbərlər
Dünən, 10:28

Lənkəranda evin damından yıxılan kişi 16 gün sonra ölüb

Bütün xəbərlər
Dünən, 09:12

Lerikli şəhidimizin doğum günüdür

Bütün xəbərlər
22 yanvar 2026, 17:33

Həzi Aslanovun 116 illiyinə həsr olunan anım tədbiri keçirilib

Məişət
22 yanvar 2026, 16:29

Sabah Biləsuvarın bir hissəsində qaz olmayacaq

Məişət
22 yanvar 2026, 15:26

Sabah yollar buz bağlayacaq

Bütün xəbərlər
22 yanvar 2026, 13:49

Lənkəranda 1-ci Qarabağ müharibəsi iştirakçısının meyiti tapılıb

Bütün xəbərlər
22 yanvar 2026, 13:00

Cəlilabadda yol-nəqliyyat hadisəsi: 2 nəfər ağır xəsarət alıb

Bütün xəbərlər
22 yanvar 2026, 11:50

21 yaşlı lənkəranlı Bakıda infarktdan öldü

Sizi maraqlandıran
22 yanvar 2026, 11:05

Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı

Bütün xəbərlər
22 yanvar 2026, 10:27

Saatlıda 6 kiloqram narkotik ələ keçirildi

Oxşar xəbərlər