Cəlilabad rayonunda qədim saxsı qablar aşkar edilib.
Report.аz xəbər verir ki, rayonun Şatırlı kəndindən keçən çayın kənarında sakinlər tərəfindən təsadüfən iki ədəd qədim saxsı qab tapılıb.
Tarixçi Elşad Əmənovun sözlərinə görə, tapıntıların Eneolit dövrünə aid olduğu ehtimal edilir: “Çünki həmin dövrə aid oxşar qab nümunələri mövcuddur”.
Qeyd olunub ki, tapılan qablar Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.