top
Bu gün əsəri Vaşinqtondakı Ağ Evdə saxlanılan rəssam Kamil Nəcəfzadənin xatirəsi anılır
28 iyun 2025, 23:00
- +

Bu gün əsəri Vaşinqtondakı Ağ Evdə saxlanılan rəssam Kamil Nəcəfzadənin xatirəsi anılır

Kamil Nəcəf oğlu Nəcəfzadə 29 dekabr 1929-cu ildə Lənkəran şəhərində anadan olub. O, kinorejissor Şamil Nəcəfzadənin atası, rejissor Günel Nəcəfzadənin babasıdır.

Orta məktəbi bitirdikdən sonra o, 1943-1948-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxuyub, 1949-1955-ci illərdə isə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda ali təhsil alıb. O, 1955-ci ildə Bakıya qayıdaraq, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi çalışıb.

Rəssamın əsərləri Yaponiya, Türkiyə, Almaniya, Fransa, Kanada və bir çox ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılır. O, 1986-cı ildə Vyetnamın Hanoy şəhərində fərdi sərgisinin açılışından sonra 29 əsərini Vyetnam xalqına hədiyyə edib.

Quruluşçu rəssam 40-a yaxın bədii və tammetrajlı filmlərin tərtibatçısı olub. Azərbaycan kinosunun qızıl fonduna daxil olan “Sən niyə susursan?”, “Ad günü”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Bir məhəlləli iki oğlan”, “Uzaq sahillərdə”, “Qara daşlar” və s. filmlərdə quruluşçu rəssam kimi işləyib.

Sənətkar müxtəlif illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Rəssamlıq Akademiyasının professoru olub, ömrünün sonunadək yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul olub.

O, 1976-cı ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adını alıb və “Şöhrət” ordeninə layiq görülüb.

Kamil Nəcəf oğlu Nəcəfzadə 29 iyun 2011-ci ildə Bakı şəhərində vəfat edib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 05:44

Salyanda iki kəndin qəzalı məktəbləri ilə bağlı qərar verildi

Bütün xəbərlər
Dünən, 04:58

Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat

Bütün xəbərlər
Dünən, 04:07

Sabirabadlı iş adamı vəfat etdi

Bütün xəbərlər
Dünən, 03:04

Sabahın hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 02:00

Zəfər savaşına könüllü qatılan cəlilabadlı şəhidimiz

Bütün xəbərlər
Dünən, 01:00

Lənkəranda boşanmaq istəyən arvadını öldürənə HÖKM

Bütün xəbərlər
14 yanvar 2026, 23:55

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
14 yanvar 2026, 23:05

Lənkəranda qardaş qardaşı bıçaqlayıb

Bütün xəbərlər
14 yanvar 2026, 22:16

Lənkəranın kəndində yaşayış evi yanıb

Bütün xəbərlər
14 yanvar 2026, 06:19

Keçən il Azərbaycanda 50 minə yaxın şəxsi heyvan dişləyib

Bütün xəbərlər
14 yanvar 2026, 05:16

İmişli heyvan bazarının fəaliyyətinə icazə verilib

Bütün xəbərlər
14 yanvar 2026, 04:31

Cəlilabadda yanğın olub

Yollarda vəziyyət
14 yanvar 2026, 03:26

Təzə yenilənən yol, köhnə problem

Bütün xəbərlər
14 yanvar 2026, 01:51

Sabah hava yağıntılı olacaq

Bütün xəbərlər
14 yanvar 2026, 00:45

Biləsuvarlı partiya üzvləri ofisiantı döydülər - TƏFƏRRÜAT

Bütün xəbərlər
13 yanvar 2026, 23:23

Magistraturaya sənəd qəbulu elan edilib

Bütün xəbərlər
13 yanvar 2026, 22:40

Bu gün şəhid Kamran Fərəcovun doğum günüdür

Bütün xəbərlər
13 yanvar 2026, 05:30

Lənkəranda məktəbli bacı-qardaşı vuran sürücüyə hökm oxunub

Bütün xəbərlər
13 yanvar 2026, 04:30

Şagirdlərin elektron yerdəyişməsi üçün sənədlərin təqdimi bu gün başa çatır

Bütün xəbərlər
13 yanvar 2026, 03:42

Rayon məktəblərində distant təhsil sınaqdan keçirilir

Bütün xəbərlər
13 yanvar 2026, 02:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
13 yanvar 2026, 01:27

Gömrükdə kələm yükündən narkotik aşkarlanıb

Bütün xəbərlər
13 yanvar 2026, 00:45

Biləsuvarda zəlzələ olub

Yollarda vəziyyət
12 yanvar 2026, 23:45

Cəlilabadda yol qəzası baş verib

Oxşar xəbərlər