top
Bu gün Lənkəran qalasının alınmasından 214 il otür
31 dekabr 2025, 23:45
- +

Bu gün Lənkəran qalasının alınmasından 214 il otür

Lənkəran qala kompleksi Lənkəran şəhərinin indiki Mirmustafa xan küçəsi, Heydər Əliyev prospekti və Lənkəran çayının sahilləri boyunca uzanırdı. Qala XVIII əsrdə ingilislər tərəfindən inşa olunub.

Onun sahəsi 36 hektardan çox idi. Bəzi məlumatlara görə, qala sonradan ingilis və fransız memarların köməyilə düzbucaqlı formada bərpa edilib. Bu qalanın ətrafı dərin xəndəklərlə əhatə olunub, lazım olduqda isə həmin yer su ilə doldurulurdu.

Lənkəran qalası Birinci Rus-İran müharibəsində, yəni 1804-1813-cü illərdə İran ordusunun dayaq məntəqəsi olub və onların 4 minlik qoşunu burada yerləşdirilib.

Rus imperiyası Cənubi Qafqazı tamamilə öz tərkibinə qatmaq üçün Lənkəran qalasını tutmaq qərarına gəlib. Bu qala 1 yanvar 1812-ci ildə general P.S.Kotlyarevski başda olmaqla, əsgər sayı 1500-dən çox olan rus qoşunlarının əlinə keçib.. Lakin rus generalı Kotlyarevski döyüşlər zamanı üç dəfə yaralanıb, dördüncü dəfə isə güllə onun yanağını deşərək, çənəsini sındırır və bəzi beyin sümüklərini qırır. Bu hadisədən sonra general Kotlyarevski təqaüdə çıxıb.

Lənkəran qalasının ruslar tərəfindən alınması, 1813-cü ildə onların İranla imzalanan Gülüstan sülh müqaviləsini şərtləndirən amillərdən biri idi. Bu müqavilənin şərtlərindən biri Talış xanlığının Rusiyaya birləşməsi olub. Lakin sonradan ruslar qalanın bir çox hissəsini dağıtmış və yararsız hala salmışdılar. Qalanın bəzi hissələri XIX əsrin sonlarında erməni əsilli rus komandiri Qərib Bəy Malyan tərəfindən Bakıya aparılıb və məhv edilib.

1869-cu ildə qalanın qülləsi mayaka çevrilib və hazırda Lənkəran mayakı kimi tanınır. Əvvəllər mayakın altından Qala həbsxanasınadək (Zindan qala və ya Dairəvi qala) yeraltı yol var idi. Hazırda bu yol su ilə doludur və istifadə edilmir.

Sovet dövründə Lənkəran qalası “26 Bakı kommissarı” adı ilə fəaliyyət göstərib. 1991-ci ildə qalanın əvvəlki adı özünə qaytarılıb. Bu günə qədər Lənkəran qalasının yalnız iki qülləsi gəlib çatıb.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 05:44

Salyanda iki kəndin qəzalı məktəbləri ilə bağlı qərar verildi

Bütün xəbərlər
Dünən, 04:58

Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat

Bütün xəbərlər
Dünən, 04:07

Sabirabadlı iş adamı vəfat etdi

Bütün xəbərlər
Dünən, 03:04

Sabahın hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 02:00

Zəfər savaşına könüllü qatılan cəlilabadlı şəhidimiz

Bütün xəbərlər
Dünən, 01:00

Lənkəranda boşanmaq istəyən arvadını öldürənə HÖKM

Bütün xəbərlər
14 yanvar 2026, 23:55

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
14 yanvar 2026, 23:05

Lənkəranda qardaş qardaşı bıçaqlayıb

Bütün xəbərlər
14 yanvar 2026, 22:16

Lənkəranın kəndində yaşayış evi yanıb

Bütün xəbərlər
14 yanvar 2026, 06:19

Keçən il Azərbaycanda 50 minə yaxın şəxsi heyvan dişləyib

Bütün xəbərlər
14 yanvar 2026, 05:16

İmişli heyvan bazarının fəaliyyətinə icazə verilib

Bütün xəbərlər
14 yanvar 2026, 04:31

Cəlilabadda yanğın olub

Yollarda vəziyyət
14 yanvar 2026, 03:26

Təzə yenilənən yol, köhnə problem

Bütün xəbərlər
14 yanvar 2026, 01:51

Sabah hava yağıntılı olacaq

Bütün xəbərlər
14 yanvar 2026, 00:45

Biləsuvarlı partiya üzvləri ofisiantı döydülər - TƏFƏRRÜAT

Bütün xəbərlər
13 yanvar 2026, 23:23

Magistraturaya sənəd qəbulu elan edilib

Bütün xəbərlər
13 yanvar 2026, 22:40

Bu gün şəhid Kamran Fərəcovun doğum günüdür

Bütün xəbərlər
13 yanvar 2026, 05:30

Lənkəranda məktəbli bacı-qardaşı vuran sürücüyə hökm oxunub

Bütün xəbərlər
13 yanvar 2026, 04:30

Şagirdlərin elektron yerdəyişməsi üçün sənədlərin təqdimi bu gün başa çatır

Bütün xəbərlər
13 yanvar 2026, 03:42

Rayon məktəblərində distant təhsil sınaqdan keçirilir

Bütün xəbərlər
13 yanvar 2026, 02:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
13 yanvar 2026, 01:27

Gömrükdə kələm yükündən narkotik aşkarlanıb

Bütün xəbərlər
13 yanvar 2026, 00:45

Biləsuvarda zəlzələ olub

Yollarda vəziyyət
12 yanvar 2026, 23:45

Cəlilabadda yol qəzası baş verib

Oxşar xəbərlər